Onlayn ictimai-siyasi qəzet
Zədəsini sağaldandan sonra məşqlərə başlayan Arda Gülər bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, zədələndikdən sonra xüsusi proqramla məşqinə davam edən türkiyəli yarımmüdafiəçi hələlik start heyətdə yer almayıb. “Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti bildirib ki, o, fiziki formasını tam bərpa edəndən sonra meydana çıxacaq. Ançelotti Arda tam hazır olmadan onu meydana buraxmayacağını ifadə edib.
Belə ki, Ançelotti Ardaya "Bir az daha gözləmək lazımdır", - deyə bildirib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ