İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin açılışı olub -VİDEO

Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub.

Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR