İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın bu fondlarında rekord pul toplanıb: Niyə xərcləmirlər?

Amerika vençur fondları rekord məbləğdə - 311 milyard dollar pul ehtiyatına malikdir. Financial Times “PitchBook”a istinadən yazır ki, fondlar 2020-2022-ci illərdə cəlb etdikləri rekord 435 milyard dolların yalnız yarısını xərcləyiblər.

Qəzet qeyd edir ki, sənaye iştirakçıları startapların təxmin edilən dəyərinin azalması fonunda sərmayə qoymaqda daha ehtiyatlı olublar və daha yetkin oyunçuları dəstəkləməyə üstünlük veriblər.

PitchBook xəbər verir ki, əməliyyatların az olması fonunda Amerika vençur kapitalı fondları 2023-cü ildə məhdud tərəfdaşlarına (LP) cəmi 21 milyard dollar qaytarıblar - bu, 2021-ci ildən yeddi dəfə azdır.

Nəşr yazır ki, ehtiyatlarından istifadə etmək istəməyən fondlar, gəlirliliyə doğru aydın yolu olmayan və ya bu fondların kapitalından çıxmasına imkan verəcək sərfəli sövdələşməyə malik olmayan gənc şirkətlər əhəmiyyətli itkilər və hətta iflas riski ilə üzləşirlər. PitchBook-un məlumatına görə, son bir ildə uğursuz startapların sayı iki dəfə artıb. Onların arasında hətta keçmiş “birbuynuzlular” (qiyməti 1 milyard dollardan yuxarı olan şirkətlər) Hopin və Convoy da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR