Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS kanalına müsahibə verib.
32gun.az xəbər verir ki, müsahibə zamanı jurnalistin sualı prezidenti əsəbiləşdirib.
Belə ki, aparıcı, "Osman Kavala, Sedef Kabaş kimiləri susdurmağa çalışırsınız?", deyə Ərdoğana sual ünvanlayıb.
Sual qarşısında qəzəblənən prezident, "Sizi niyə bu qədər maraqlandırır? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətdə belə qərarlar məhkəmə tərəfindən verilir. Mənim sözümü kəsməyə haqqınız yoxdur. Mənə hörmət edəcəksiniz",- deyə bildirib.
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ