İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada ukraynalı qaçqınlara qarşı iyrənc əməl

Naməlum şəxslər Almaniyanın şimalındakı Qross-Stromkendorf kommunasında Ukraynadan olan qaçqınlar üçün sığınacaqları yandırıblar.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Bild” qəzeti məlumat yayıb.

Hadisə oktyabrın 19-da axşam saatlarında “Şeferbek” mehmanxana kompleksinin əsas binasının yaxınlığında baş verib. Yanğın qısa zamanda evin saman damına keçib, bina anında alovlanıb. Qeyd edək ki, 2022-ci ilin martından burada Ukraynadan olan 14 qaçqın məskunlaşıb.

Qəzetin məlumatına görə, Almaniya Qızıl Xaç Cəmiyyətinin 3 əməkdaşı da yanğınların arasında qalıb, onların vəziyyətinin yaxşı olduğu bildirilir. 14 ukraynalının müəssisəni tərk etməyə macal tapdığı, onların başqa sığınacaqlara yerləşdirildiyi qeyd olunur. Yerli polis binanın yandırıldığını ehtimal edir. Hadisədən bir gün əvvəl naməlum şəxslər obyektin girişində svastika işarəsi çəkiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR