Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Bielefeld şəhərində naməlum şəxs əlində bıçaq və ülgüclü çubuqla barın qonaqlarına hücum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mayın 18-də axşam saatlarında baş verən insidentin şübhəlisinin Suriya və ya İraq vətəndaşı olduğu güman edilir. O, müəssisəyə basqın edərək, azı 5 nəfəri yaralayıb. XƏsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə şahidləri hücumçunu müvəqqəti dayandıra bilsələr də, o, qaçaraq aradan çıxa bilib. O, hadisə yerində kürək çantası qoyub, içərisində yanar maye şüşəsi və sənədlər tapılıb.
Polis fəal şəkildə şübhəlini axtarır. Onun şəxsiyyəti müəyyənləşdirilir; hüquq-mühafizə orqanları bunun terror aktı olduğunu istisna etmir.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ