İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN-dən Türkiyə ilə bağlı maraqlı mövqe

Almaniya və Türkiyənin xarici işlər nazirləri İrəvanla Bakının iştirakı olmadan Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün atılan addımları müzakirə ediblər.

Musavat.com-un məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X səhifəsində Almaniya və Türkiyə xarici işlər nazirlərinin görüşü barədə yayılan xəbərdə deyilir.

“Türkiyə qonşuluqda sülhün bərqərar olmasında mühüm vasitəçidir. Türkiyə Ermənistanla Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına töhfə verə bilər. Bu istiqamətdə konkret addımlar xarici işlər nazirlərinin görüşündə müzakirə olunub”, - Almaniya Xarici İşlər Nazirliyinin X-dəki səhifəsində qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR