İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Rusiyadan kömür və qaz tədarükünü dayandıracağı vaxtları açıqlayıb

Avropa İttifaqı (Aİ) by yay Rusiya kömür idxalını dayandıracaq, ilin sonuna qədər isə Rusiya neftindən imtina edəcək.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz “The Indian Express” nəşrinə müsahibəsində bildirib.

“Aİ transatlantik tərəfdaşları ilə birlikdə Rusiyaya və ayrı-ayrı şəxslərə qarşı görünməmiş sanksiyalar qəbul edib. Bir çox ölkələr bu sanksiyalara qoşulublar. Üstəlik, biz indi Rusiyadan qalıq yanacaq idxalından asılılığı azaltmaq üçün çox iddialı siyasət həyata keçiririk. Bu yay Rusiya kömürünün tədarükünü dayandıracağıq, ilin sonuna qədər Rusiya neftindən imtina edəcəyik və qaz tədarükünü ciddi şəkildə azaldacağıq,” – deyə o, bildirib.

Xatırladaq ki, ötən ayın əvvəlində Aİ ölkələri Rusiyaya qarşı 5-ci sanksiya paketini təsdiqləyiblər ki, bu da xüsusən fiziki şəxslərə və maliyyə qurumlarına məhdudiyyətlər nəzərdə tutur. Həmçinin bununla Rusiyadan kömür idxalına embarqo qoyulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR