İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kanslerindən böyük skandal: “Türkiyəni məsxərəyə qoyaraq...”

Almaniya Xarici İşlər Nazirliyindən mediaya sızan sənədlərə görə, rəsmi Berlin Türkiyəyə Avropa Birliyinə (AB) üzvlüklə bağlı yalan danışıb.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" qəzeti yazır.

Kəşfiyyat hesabatlarına əsaslanan məlumata görə, 1992-ci ildə kansler Helmut Kol hökumətinin xarici işlər naziri Klaus Klinkel 1992-ci il iyulun 13-də 1992-ci ildə Ankarada türkiyəli həmkarı Hikmət Çətinlə görüşüb. Klinkel Çətinə Türkiyənin AB üzvlüyünü güclü şəkildə dəstəklədiklərini bildirib.

Çətinə AB-nin Türkiyəni öz yanında görmək istədiyini deyən Klinkel yerinə yetirilməsi lazım olan şərtlər olsa da, tam üzvlük üçün Türkiyəni hər cür dəstəkləyəcəyinə söz verib. Amma üç gün sonra Kol Norveç baş naziri Qro Harlem Brundtland ilə görüşüb və Türkiyənin üzvlüyünə qarşı olduqlarını söyləyib.

"Biz buna qarşıyıq", - deyən Kol norveçli həmkarına Türkiyənin başqa bir ölçüyə aid olduğunu və buna görə də heç vaxt üzv ola bilməyəcəyini bildirib. Sonra - 1992-ci il noyabrın 5-də Kol Almaniyanın Bonn şəhərində Polşanın o vaxtkı baş naziri Hanna Suçokka ilə görüşdü.

Görüş zamanı Kol Türkiyənin AB-yə tam üzvlüyünün Almaniya üçün "ağlasığmaz" olduğunu vurğulayıb. Bundan başqa, Kol partiyasının (CDU) iclasında Türkiyəni məsxərəyə qoyaraq, "Coğrafiya dərsində Anadolunun Avropada olması yazılmayıb" deyib.

Beləliklə, Türkiyəyə üzvlük üçün "PKK-ya qarşı mübarizəni bitir", "Yunan Kiprini tanı", "Dəmirtaş və Kavalanı azad et" kimi ölkənin milli təhlükəsizliyinə mənfi təsir edəcək şərtlər irəli sürən AB-nin bu məsələ ilə bağlı riyakar mövqeyi bir daha sübut edilmiş oldu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR