İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri Rusiyanı imperializmdə ittiham edib

Almaniya kansleri Olaf Şolts Rusiyanı imperializmdə ittiham edib.

Novator.az-ın məlumatına görə, martın 29-u Sosial Demokrat Partiyasının Düsseldorf şəhərində keçirdiyi tədbirdə çıxış edərkən Olaf Şolts deyib: “Açıq danışmaq gərəkdir: Rusiyanın Ukraynaya hücumunun kökündə yalnız və yalnız imperializm düşüncəsi durur. Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibədə yeganə məqsəd isə torpaq ələ keçirməkdir. Biz bununla barışa bilmərik, barışmayacağıq da”.

Kansler qeyd edib ki, hazırkı vəziyyət çox ciddi və təhlükəlidir.

Olaf Şolts 2021-ci ilin dekabrından kanslerdir. O, Sosial Demokrat Partiyasının təmsilçisi kimi bu posta seçilib. Parlament idarə üsullu Almaniyada kansler hökumət başçısı sayılır.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR