İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman deputat ermənilərə: “Hökumətiniz Azərbaycana güzəştə getməklə cəsarətli addım atıb”  

“Ermənilərlə həmrəy olduğumu bildirirəm. Bizim səfərimiz də bütün bunların simvoludur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri bu gün İrəvanda keçirilən mətbuat konfransında Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının sədri Mixael Rott deyib.

Alman deputat Azərbaycan-Ermənistan münasibətləri haqqında da danışıb və maraqlı açıqlama verib: “Hökumətiniz xalqının müdafiəsi və təhlükəsizliyinin rifahı naminə qonşu Azərbaycana güzəştə gedərək cəsarətli addım atdı. Bu, Ermənistan ictimaiyyətində narahatlıq və narazılıq yarada bilər. Bu narahatlıqları başa düşməyə və bu istiqamətdə irəliləməyə ürəkdən hazırıq. Məhz buna görə də Almaniya kansleri də Fransa və ABŞ-la birlikdə bu regionda sülhün bərqərar olması prosesində iştirak edir. Bizim öhdəliyimiz bu regionda ölkəniz və xalqınız üçün uzunmüddətli sülh və azadlığı təmin etməkdən ibarətdir”,-deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR