İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmə “Femida dialoq platforması” adlı layihəyə start verir

Azərbaycan Respublikasının Ali Məhkəməsi “Femida dialoq platforması” adlı yeni layihəyə başlayır.

Ali Məhkəmənin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdən ibarətdir.

Geniş hüquq ictimaiyyəti ilə dialoqu nəzərdə tutan və silsilə xarakter daşıyacaq layihə çərçivəsində ilk görüşün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə keçirilməsi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR