İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan Ankaraya gedir - səbəb?

Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyə paytaxtına gedir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, İrəvan-Ankara birbaşa reysi olmadığından spiker hökumət təyyarəsi ilə Türkiyəyə gedəcək.

Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazıb. “Ermənistan Milli Assambleyasının sədri dünən bu məlumatı şərh etmək istəməyib.

Nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş, təşkilata üzv ölkələrin parlament rəhbərlərinin iştirakı ilə keçiriləcək sammitdə və Baş Assambleyanın plenar iclasında iştirak edəcək. Hakim “Mülki müqavilə” partiyasının üzvləri Babken Tunyan və Gevorq Papoyan da Ankaraya gedəcək.

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Assambleyasında sədrliyin Ermənistana keçə biləcəyi ehtimalından da xəbərdar tutduq. İndi növbə Ukraynadadır, lakin müharibəyə görə Kiyev bundan imtina etmək niyyətindədir”, - “Hraparak” əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR