İnsanlara hürriyət, millətlərə istiqlal!

Albaniya ordusu “Bayraktar”la silahlanır

Albaniya Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatlarının ilk partiyasını əldə edib.

Musavat.com xəbər verir ki, bunu bunu ölkənin müdafiə naziri Niko Pelesi deyib.

Nazir öz Facebook hesabında məlumatla çıxış edib: “Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bajraktar” pilotsuz təyyarələri indi Albaniyadadır! Artıq iki gündür ki, montaj gedir və paralel olaraq onların istismarı və idarə olunması üçün köməkçi infrastrukturun quraşdırılması da davam edir”.

O, həmçinin PUA-nın fotoşəkillərini yerləşdirib və əlavə edib ki, bu tədbir “Silahlı Qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin” simvoludur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR