İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağı: “Reyestr tələbi aradan qaldırılmalıdır”

“Radikal, populist çıxışlarla nəyəsə nail olmaq mümkün deyil”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

“Biz çalışmalıyıq ki, təkliflərimizlə ortaq məxrəcə gələk və yekunda ümumi razılıq əldə edək”, - A.Nağı əlavə edib.

Partiya sədri bildirib ki, beynəlxalq təşkilatların heç biri Azərbaycanda sabitlik tərəfdarı olmayıb, xaosa çalışıb.

Akif Nağı deyib ki, layihədəki 10 min nəfərlik tələb qalmalı, amma reyestr tələbi aradan qaldırılmalıdır: “İnsanlara sərbəstlik verilməlidir, istəyirsə, bir neçə partiyanın üzvü olsun”.

Partiyanın təsis olunması üçün 20 il ərzində Azərbaycanda yaşamaq tələbinə gəldikdə, A.Nağı bildirib ki, bu müddət 5 ilə endirilməlidir.

Partiya sədri maliyyələşmə mövzusuna da toxunub: “Əgər partiyalar dövlət tərəfindən maliyyələşməyəcəksə, onda xarici dövlətlər onlara sahib çıxacaq. Seçkilərdə iştirak edən istənilən partiya dövlət tərəfindən maliyyələşməlidir”. 

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR