İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev İlon Maskdan İranda “Starlink” peyk internet xidmətini qurmasını istəyib -Ukrayna variantı

Ağ Ev İranda “SpaceX Starlink” peyk internet xidmətinin quraşdırılması üçün milyarder İlon Maskla danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Maskın peykləri iranlılara internetə və bəzi sosial media platformalarına giriş məhdudiyyətlərindən yan keçməyə kömək edə bilər.

ABŞ Maliyyə Nazirliyi keçən ay bəzi peyk internet avadanlıqlarının İrana ixrac oluna biləcəyini bildirərək, şirkətin ölkədə genişzolaqlı peyk xidmətləri göstərmək üçün lisenziyaya ehtiyacının olmaya biləcəyini bildirib.

İlon Mask da daha sonra dövlət katibi Entoni Blinkenin ABŞ-ın iranlılar üçün “internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün hərəkətə keçdiyi” barədə tvitinə cavab olaraq Starlink-i aktivləşdirəcəyini söyləyib.

Qeyd edək ki, amerikalı milyarder bu həftənin çərşənbə axşamı “Starlink”in Ukraynadakı xidmətlərinə görə ABŞ Müdafiə Nazirliyindən heç bir maliyyə almadığını və şirkətin buna görə ayda təxminən 20 milyon dollar itirdiyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR