İnsanlara hürriyət, millətlərə istiqlal!

Ad günündə vəfat etdi... - FOTO

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. 

Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR