Onlayn ictimai-siyasi qəzet
Türkiyəli iş adamı Acun Ilıcalı Almaniyanın "SPORT1" idman kanalının səhmlərinin əlli faizini alıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
İsveçrənin "Highlight Communications" media qrupunun verdiyi rəsmi açıqlamada "SPORT1" səhmlərinin 50 faizinin 30 milyon avroya "ACUNMEDYA"ya satıldığı bildirilib.
"Reuters"də yer alan xəbərə görə, "ACUNMEDYA" tərəfindən istehsal olunan idmanla bağlı verilişlər gələcəkdə "SPORT1" kanalında yayımlanacaq.
İddialara görə, ilk istehsal "Exatlon" olacaq.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ