İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda evdən 10 min manatlıq oğurluq edilib

Abşeronda evdə oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Hökməli qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR