Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.
Bu barədə Musavat.com-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən iki ədəd F-1 əl qumbaraları aşkarlanıb.
Aşkar edilən tələ qurğunu ANAMA əməkdaşları zərərsizləşdirərək, ərazinin təhlükəsizliyi təmin ediblər.
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ