İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ qoşunlarının Suriyadan dərhal çıxarılması tələb olundu

Suriya ABŞ-dan silahlı qüvvələrini dərhal ölkə ərazisindən çıxarmağı və terrorçu qruplara dəstəyi dayandırmağı tələb edib.

Bu barədə Suriya Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatında deyilir.

Sənəddə bildirilir ki, ABŞ hərbçilərinin qeyri-qanuni mövcudluğu və Vaşinqtonun öz məqsədlərinə çatmaq üçün muzdlulardan istifadə etməsi beynəlxalq hüquqa ziddir.

“Dəməşq işğal nəticəsində dəyən itkilərə görə ABŞ-dan təzminat tələb etmək hüququnu özündə saxlayır”, - sənəddə vurğulanır.

Mənbə: TASS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR