İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidentinin müşaviri COP29-da çıxış edir - VİDEO

COP29 çərçivəsində müxtəlif ölkələrin nümayəndələri görüşlər keçirir və media nümayəndələrinin suallarını cavablayırlar.

Musavat.com-un əməkdaşı ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podestanın mətbuat konfrasında iştirak edir.

Podesta bildirib ki, ABŞ inkişaf etməkdə olan iqtisadiyyatların öz təmiz enerji keçidlərini sürətləndirmək üçün maliyyəni təmin etməyə çalışıb.

"Biz təmiz enerji təchizatı ilə gözlənilən tələbat arasında boşluq gördük və onu bağlamağa çalışdıq. Qlobal tərəfdaşlarımız bilirlər ki, iqlim böhranının həlli həm də iş yerləri, yeni sənayelər və yeni imkanlar yaratmaqla milli və qlobal təhlükəsizliyi gücləndirir", - deyə Con Podesta qeyd edib.

Yenilənəcək...

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR