Onlayn ictimai-siyasi qəzet
Türkiyənin 3-cü liqasında bu axşam keçiriləcək "Altay" - "Eskişehirspor" matçının köməkçi hakimlərindən olan Emre Kaya qaldığı hotelin qarşısında bıçaqlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı Emre Kaya, naməlum səbəbdən üç nəfərlə mübahisə zamanı sol baldırından bıçaqlanıb.
Şübhəli hadisə yerindən qaçıb. Yaralanan Emre Kaya isə özünü xəstəxanaya çatdıra bilib. Onun xəsarətinin yüngül olduğu bildirilib və ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hakimin verdiyi ifadəyə görə, hücum edən şəxsi tanımırmış. Mübahisə "Niyə baxırsan?" sözləri ilə başlayıb və daha sonra hücuma çevrilib.
Polis əməliyyatı ilə 3 şübhəli saxlanılıb və ifadələri alındıqdan sonra bu gün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Ö., Y.K. və N.C.Ç. həbs olunublar.
29 Sentyabr 2025
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ