İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: 48 israilli girovdan 20-nin sağ olduğuna inanıram

İsrail Baş nazir Binyamin Netanyahu Qəzzadakı girovlardan 20-nin hələ də sağ olduğuna inandığını qeyd eidb.

"Report"un məlumatına görə, Netanyahu bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

HƏMAS tərəfindən saxlanılan 48 girovdan 20-nin hələ də sağ olduğuna inanıb-inanmadığı soruşulduqda baş nazir cavab verib: "Bəli, inanıram."

"O girovların hamısını – sağ və ölü olanları azad etmək öhdəliyimiz var," – deyə o əlavə edib.

"İndi dünyadakı hər bir ölkə HƏMAS-a bir şey deməlidir: "Girovların hamısını azad edin və silahlarınızı yerə qoyun. Əgər bunu etsəniz, müharibə dərhal sona çata bilər", – deyə Netanyahu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 29-da Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR