Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda dərman təchizatı ilə bağlı yeni qaydalar yaxın vaxtlarda ciddi problemlər yarada bilər.
Musavat.com xəbər verir ki, 2025-ci il oktyabrın 1-dən etibarən Avropa GMP (Good Manufacturing Practice) sertifikatı olmayan dərmanların ölkəyə idxalına qadağa qoyulacaq. Bu tələb həm dərman distribyutorlarına, həm də yerli istehsalçılara şamil olunacaq.
Sahə assosiasiyasının nümayəndəsi Levan Qoqiberidze bildirib ki, Avropa istehsalçıları üçün bu qərar problem yaratmır. Əsas çətinliklər Hindistan, Çin və digər “üçüncü ölkələr” adlanan mənbələrdən gələn dərmanlarla bağlıdır. Onun sözlərinə görə, dünyada dərman təchizatının təxminən 80 faizi məhz bu ölkələrin payına düşür, lakin onların əksəriyyətində Avropa GMP standartı mövcud deyil.
Qoqiberidze əlavə edib ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb və bu, yaxın aylarda Gürcüstan apteklərində dərman qıtlığına səbəb ola bilər.
Musavat.com
29 Sentyabr 2025
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ