İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada itkin düşən sürücünün meyiti meşədən tapıldı - QİSAS ƏMƏLİYYATI...

Ankarada ailəsi tərəfindən itkin düşməsi barədə müraciət edilən 65 yaşlı sürücünün Binali Aslanın meyiti Mersinin Tarsus rayonunda meşəlik ərazidə basdırılmış halda tapılıb.

Musavat.com xəbər verir ki, B.Aslan 21 sentyabr səhəri işə getmək üçün evdən çıxmış, lakin bir daha geri dönməmişdi. O, uzun illərdir Ankara Şəhərlərarası Avtobus Terminalında (AŞTİ) sərnişindaşıma ilə məşğul olurmuş. Araşdırmalara görə, həmin avtovağzalda yanına yaxınlaşan iki nəfəri Gölbaşına aparmaq üçün avtomobilinə mindirib. Daha sonra onun maşınının Hatay istiqamətinə hərəkət etdiyi müəyyən edilib. 

Screenshot_1.png (566 KB)

Meyit Mersin Məhkəmə-Tibbi Ekspertizasında müayinədən keçirildikdən sonra Ankaraya gətirilib və Karşıyaka qəbiristanlığında dəfn olunub.

İŞİD-in izi ilə...

Daxili İşlər Nazirliyinin məlumatına görə, B.Aslanın avtomobilini icarəyə götürərək onu qətlə yetirən 14 nəfərdən ibarət ailə İŞİD üzvü olub. Terrorçularının Suriya ərazisinə keçdiyi müəyyən edilib. MİT (Milli İstihbarat Təşkilatı) və Terrorla Mübarizə Baş İdarəsinin birgə əməliyyatı nəticəsində terrorçuların İdlib-Atme bölgəsində gizləndiyi dəqiqləşdirilib. 

Screenshot_6.png (435 KB)

Əməliyyat zamanı şübhəlilərə təslim ol çağırışı edilsə də, onlar atəş açaraq müqavimət göstəriblər. Qarşıdurma nəticəsində 8 nəfər öldürülüb, 2 nəfər yaralanıb, 4 nəfər isə sağ ələ keçirilib. Saxlanılan şəxslər Türkiyəyə gətirilib. 

Ailənin hadisədən əvvəl Ankarada M.A. və N.S. adlı şəxslərin evində qaldıqları müəyyən edilib. 

İntiqam əməliyyatı

DİN rəhbəri Ali Yerlikaya açıqlamasında əməliyyatın uğurla başa çatdığını vurğulayıb və əməliyyatda iştirak edən qurumlara təşəkkür edib.

Xatırladaq ki, Binali Aslanın qəfil itkin düşməsi və qətli ictimaiyyətdə böyük rezonans doğurmuşdu. Hadisənin ardınca keçirilən əməliyyat “intiqam əməliyyatı” kimi dəyərləndirilir. 

 

Musavat.com

 

Screenshot_4.png (38 KB)

Screenshot_5.png (41 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR