Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp sentyabrın 30-da Virciniya ştatında müharibə naziri Pit Heqsetin amerikalı general və admirallarla görüşündə iştirak edəcək. Musavat.com xəbər verir ki, məluamtı The Washington Post (WP) yayıb.
Nəşr yazır ki, Ağ Evdən prezidentin görüşdı iştirak edəcəyinə dair təsdiq alıb. Qeyd olunur ki, Trampın iştirakı əlavə təhlükəsizlik tədbirləri tələb edəcək.
Tramp daha əvvəl görüşdə qeyri-adi heç nə görmədiyini bildirmişdi. Amerika liderinin sözlərinə görə, burada digər məsələlərlə yanaşı, “müasir sistemlər və s.” müzakirə olunacaq, lakin o, əlavə təfərrüatları açıqlamayıb.
Bundan əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, Heqset heç bir izahat vermədən yüzlərlə amerikalı general və admiralı ABŞ Dəniz Piyadaları Korpusunun Virciniya ştatının Quantiko bazasında sentyabrın 30-da keçirilməsi planlaşdırılan görüşə çağırıb. Nəşrin mənbələrinə görə, hətta əsas hərbi liderlər belə “görüşün səbəbini bilmirlər”. Nəşr vurğulayıb ki, nazirin bu addımı Vaşinqton administrasiyasının bir neçə əsas Pentaqon rəsmisini əvvəllər işdən çıxarması fonunda “çaşqınlıq və həyəcana səbəb olub”.
Musavat.com
29 Sentyabr 2025
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ