İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk düşməni Marqarita Simonyanın həyat yoldaşı Tiqran Keosayan belə dəfn olundu - FOTO, VİDEO

Musavat.com xəbər verir ki, Rusiya mediasında uzun illər fəaliyyət göstərmiş rejissor və televiziya aparıcısı Tiqran Keosayan, RT telekanalının baş redaktoru, Marqarita Simonyanın həyat yoldaşı, 26 sentyabr 2025-ci ildə 59 yaşında dünyasını dəyişib.

O, 2025-ci ilin yanvarında keçirdiyi “klinik ölüm”dən sonra doqquz ay komada qaldıqdan sonra vəfat edib. Keosayan uzun illər ürək xəstəliklərindən əziyyət çəkib, 2008 və 2010-cu illərdə iki dəfə infarkt keçirmişdi.

Bu gün Moskvada onunla vida mərasimi keçirilib. Tədbir Moskvanın "Erməni Kilsəsi"ndə baş tutub və mərasim ənənəvi xristian ayinləri ilə müşayiət olunub. Dəfn mərasimində erməni kilsəsinin ruhaniləri və keşişləri, ailə üzvləri, yaxınları, tanınmış media simaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Keosayan bundan sonra erməni icmasının məzarlığında dəfn olunub.

Tiqran Keosayan və həyat yoldaşı, Kremlin propoqandisti Marqarita Simonyan uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı düşmən ritorika aparan, Ermənistanın işğal siyasətini açıq şəkildə dəstəkləyən şəxslər kimi tanınır. Onların fəaliyyəti Qarabağ münaqişəsi boyunca işğalı legitimləşdirmək, separatizmi müdafiə etmək və beynəlxalq rəyin manipulyasiyasına xidmət etmək üzərində qurulub. 

Bu səbəbdən də Keosayanın ölümü Azərbaycan cəmiyyətində sadəcə bir təbliğatçının, Azərbaycanı özünə düşmən bilən bir yaramazın səhnədən çəkilməsi kimi dəyərləndirilir. Bu mənfur cütlük – həm Keosayan, həm də Simonyan – Azərbaycan torpaqlarının işğalının uzanmasında, informasiya savaşında ölkəmizə qarşı nifrətin yayılmasında mühüm rol oynamış şəxslər kimi xatırlanır.

Azərbaycan ictimai rəyində bu şəxslər işğal siyasətinə dəstək verən, türklərə qarşı nifrət yayan və informasiya cəbhəsində düşmən kimi fəaliyyət göstərən simalar kimi tarixdə qalacaqlar. Belələrinin ölümü və səhnədən çəkilməsi Azərbaycan üçün bir itki deyil, informasiya savaşında bir təbliğat alətinin sıradan çıxmasıdır.

Xatırladaq ki, hazırda Marqarita Simonyanın da sağlıq durumu kritikdir. O, xərçəng olduğunu özü açıqlayıb. 

 

Moskvanın "Erməni Kilsəsi"ndə keçirilən vida mərasimində iştirak edənlərin böyük əksəriyyəti Azərbaycan və Türkiyəyə düşmən münasibət bəsləyən tanınmış Kreml təbliğatçıları olub. Onların arasında Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyov da diqqət çəkib. Azərbaycan ictimai rəyində bu fiqurlar illərlə aparılan anti-Azərbaycan kampaniyalarının simaları kimi tanınır və onların bir yerdə toplaşması həmin mərasimi bir növ “köpək sürüsünün toplantısı”na çevirib.

 

Musavat.com

824fa9db-cf02-4469-8a8b-7b0b57d656be.jpeg (77 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR