İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovadakı parlament seçkilərində səslərin 60 faizi sayılıb, Sandunun partiyası liderdir

Moldovada keçirilən parlament seçkilərinə protokolların 60%-nin hesablanmasından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 43,05% səslə liderlik edir.

"Report"un respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 29,22% səs toplayıbr.

Avropayönümlü partiyalardan ibarət "Alternativ" bloku 8,24%, "Demokratiya evdədir" Partiyası isə 6,52% səs əldə edib. Belsı şəhərinin keçmiş meri Renato Usatının rəhbərlik etdiyi "Bizim Partiya" isə 6,43% səs toplayıb.

Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.

"Vətənpərvər blok"a Moldovanın keçmiş prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, ölkənin sabiq lideri Vladimir Voroninin rəhbərlik etdiyi Moldova Kommunistlər Partiyası və keçmiş baş nazir Vasili Tarlevin "Moldovanın Gələcəyi" Partiyası daxildir.

"Alternativ" bloka isə Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR