İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ İsmayıl Haniyənin öldürülməsində iştirak...” - SON DƏQİQƏ AÇIQLAMASI

“Birləşmiş Ştatlar HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində iştirak etməyib və bundan xəbəri də olmayıb”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Channel NewsAsia” telekanalına müsahibəsində bildirib.

ABŞ dövlət katibi Haniyənin öldürülməsi xəbərindən bir neçə saat sonra Sinqapura iki günlük rəsmi səfəri zamanı çıxış edib.

“Bu, bizim bilmədiyimiz və iştirak etmədiyimiz bir şeydir. Fərziyyə söyləmək çox çətindir”, - deyə Blinken bildirib.

O, Yaxın Şərqdə 9 aydır davam edən müharibəyə son qoymaq üçün atəşkəsin vacibliyini vurğulamaqla kifayətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR