İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Estoniyaya 296 milyon dollarlıq silah satır: Nələr var...

ABŞ Dövlət Departamenti Estoniyaya ümumilikdə 296 milyon dollar dəyərində Javelin daşına bilən tank əleyhinə raket komplekslərinin (ATGM) satışına dair sazişi təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi yayıb.

Söhbət 800 ədəd FGM-148F raketi, həmçinin 84 komanda-raket bölməsi və təlim mərmisi daxildir. Bundan əlavə, sövdələşməyə ehtiyat hissələri və müvafiq avadanlıqlar, eləcə də istismar və texniki xidmət üzrə təlim xidmətləri daxildir.

Təchizatçı Amerikanın iki hərbi-sənaye konserni - RTX və Lockheed Martin arasında birgə müəssisə olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR