İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ermənilərindən NÖVBƏTİ HƏYASIZLIQ: doktor Mehmet Özdən görün nə istədilər

Amerika Birləşmiş Ştatlarının erməni icmasının nümayəndələri Pensilvaniya ştatından Senata namizəd, əslən türk olan Mehmet Özə qarşı etiraz aksiyası keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onlar hakim Mehmet Özdən qondarma “erməni soyqırımı”nı inkarını dayandırmağı tələb ediblər.

Ermənilərin “Ay Data” Komitəsinin məlumatına görə, etiraz aksiyası Mehmet Öz və onun rəqibi, Pensilvaniya qubernatorunun müavini Con Fetterman arasında teledebatla paralel baş tutub.

Xatırladaq ki, Mehmet Öz Respublikaçılar partiyasında Senata namizədliyini irəli sürüb. Onun namizədliyi ABŞ-ın keçmiş prezident Donald Tramp tərəfindən də dəstəklənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR