İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan gələn bu xəbər neft qiymətlərini ucuzlaşdırdı

Ötən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 1,8 milyon barel artaraq mayın 17-nə 458,8 milyon barel təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ehtiyatların bu həcmi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 3 faiz aşağıdır.
The Wall Street Journal-ın sorğusuna qatılan analitiklər neft ehtiyatlarının 2,0 milyon barel artacağını proqnozlaşdırıblar.

Nazirliyin məlumatına əsasən ötən həftə benzin ehtiyatları 0,9 milyon barel azalıb. Ekspertlər benzin ehtiyatlarının 1 milyon barel artacağını gözləyirdilər.

Distillat ehtiyatları (dizel yanacağı və soba mazutu daxil olmaqla) 0,4 milyon barel artıb. Analitiklər distillə ehtiyatlarının dəyişməz qalacağını gözləyirdilər.

ABŞ-ın strateji fondunda neft ehtiyatları 1,0 milyon barel artaraq keçən ilin aprelindən bəri ən yüksək həddə - 368,8 milyon barelə çatıb. Strateji fondda olan neft ehtiyatları üzrə mütləq rekord – 656 milyon barel 2020-ci ilin iyununda əldə edilib.
NYMEX birjasında alınmış müqavilələrə əsasən WTI neftinin tədarükü üçün istifadə edilən Kuşing anbarında neft ehtiyatları 1,3 milyon barel artıb.

ABŞ-da neft ehtiyatlarının artması xəbəri dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Brent neftinin qiyməti 83 dolların altına düşüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR