İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan dünyaya TƏHLÜKƏ- bu bakteriyanın qurbanlarının sayı artır  

 

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu yaxınlarda yayılan təhlükəli qida bakterial infeksiyasından artıq üçüncü adamın vəfat etdiyini bildirib. Qurumun saytında qeyd edilib ki, ölkədə epidemiya ilə bağlı 43 hadisə qeydə alınıb ki, onlardan da 9 nəfəri məhz avqust ayında xəstələnib. Üç ölüm faktı İllinoys, Nyu-Cersi və Virciniya ştatlarında qeydə alınıb. 

Mütəxəssislər epidemiyanın Virciniya ştatının Jarratt şəhərindəki Boar's Head müəssisəsində istehsal olunan qaraciyər və digər emal edilmiş ətlərlə əlaqəli olduğuna inanırlar.

İyulun sonunda şirkət 3 min tondan çox ət məhsulunu, o cümlədən 70 növ məhsulu - qaraciyər və bolonya kolbasası, vetçina, mal əti salyamisi və digər ət məhsullarını geri çağırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı listeriozu qida ilə yoluxan ən ciddi xəstəliklərdən biri adlandırır. ÜST-ün məlumatına görə, xəstəlik nadirdir, ölkədən və regionlardan asılı olaraq hər il 1 milyon nəfərə 0,1-10 hadisə düşür. Mütəxəssislər qeyd edir ki, listerioz xəstəliyini yaradan bakteriya təbii mühitdə var: ot, kök, su, gölməçədə. Listeriya yaxşı bişməmiş tərəvəzlərdən, balıqdan, süd məhsullarından keçə bilər. Çox hallarda xəstəlik ağırlaşmadan keçir. Əlamətləri: titrəmə, ishal, ürəkbulanma, qusma, qızdırma. Hamilələrdə xüsusilə təhlükəlidir, düşüyə səbəb olur. Müayinədə qaraciyər və dalaq böyümüş olur. Müalicə üçün antibiotiklərdən istifadə olunur.

 Mütəxəssislər tövsiyə edir ki, bakteriya otda, torpaq səthində olduğu üçün onunla təmas edən yeməyi yeməyin, əllərinizi vurduqdan sonra sabunla yumaq lazımdır. Həmçinin meyvə, tərəvəz, göyərti təmiz, diqqətlə yuyulmalıdır.

 

Xalidə Gəray

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR