Onlayn ictimai-siyasi qəzet
Laqosdan Vaşinqtona uçan “United Airlines” aviaşirkətinə məxsus Boeing 787-8 təyyarəsi texniki nasazlıq səbəbindən fövqəladə vəziyyət elan edərək Laqosa geri dönməyə məcbur olub.
Məcburi eniş nəticəsində azı 38 nəfər xəsarət alıb. Bildirilir ki, onlardan 6 nəfəri (4 sərnişin, 2 ekipaj üzvü ) ağır yaralanıb. 32 nəfər isə (27 sərnişin, 5 ekipaj üzvü) yüngül xəsarət alıb.
Musavat.com xəbər verir ki, təyyarənin ekipajı hava hərəkətini idarəetmə ilə əlaqə saxlayaraq təcili transponder kodu 7700-ü aktivləşdirib və təhlükəsiz eniş edib. Hadisə nəticəsində bir neçə sərnişin və ekipaj üzvü yüngül xəsarət alıb.
13 yaşlı geniş gövdəli təyyarə United Airlines tərəfindən idarə edilir və Laqosdan Vaşinqton Dulles Beynəlxalq Hava Limanına uçmalı idi. Təyyarədə 245 sərnişin, 8 stüardessa və 3 pilot olduğu bildirilib.
Hadisə zamanı təyyarədəki sərnişinlərin uçuş zamanı sarsıntılara görə qorxu yaşadıqları, qida və baqajların havaya səpələndiyi görüntülərdən aydın olub.
Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməsə də, sərnişinlər mühərrik nasazlığının ehtimal olunan səbəb olduğunu düşünür. Araşdırmaları Nigeriya Təhlükəsizlik Araşdırma Bürosu davam etdirir.
Nigeriya Mülki Aviasiya İdarəsinin (NCAA) rəsmisi hadisəni təsdiqləyərək sərnişinlərin mehmanxanaya yerləşdirildiyini bildirib. United Airlines isə qısa bəyanatla hadisəni təsdiq edərək bildirib:
“Laqosdan Vaşinqtona uçan UA613 reysi texniki nasazlıq səbəbindən Laqosa geri dönüb. Təyyarə təhlükəsiz eniş edib və xəsarət alan sərnişinlərə ilk tibbi yardım göstərilib”.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ