İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramoviç işçilərinin maaşlarını ödəmək üçün dostlarından borc istəyir

Rusiyalı milyarder Roman Abramoviç sanksiyalara görə özünün amerikalı dostlarından borc almağa məcbur olub.

Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, rusiyalı milyarderin işçilərinin əmək haqqını ödəmək üçün həftəlik olaraq 750 min dollara ehtiyacı var.

Rusiyalı milyarderin çox sayda zəngin dostları olmasına baxmayaraq, onların da sanksiyalara görə R.Abramoviçə borc verməkdən çəkindiyi bildirilir.

Məsələn, Hollivud prodüseri və rejissoru Brett Ratner, həmçinin Rotşild ailəsi nağd vəsaitləri olmadığına və ya bunun hansı hüquqi nəticələrə səbəb olacağını bilmədiklərinə görə R.Abramoviçə borc verməkdən imtina ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR