İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdolbari Gozal təltif olundu

Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə  Azərbaycanın “Azərsun Holdinq”in qurucusu və Müşahidə Şurasının sədri Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Musavat.com xəbər verir ki, sağlığında sahibkarlıq fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən  yüksək qiymətləndirilən Abdolbari Gozal, həmçinin ulu öndərin irsinin yaşadılması üçün həyata keçirilən bir çox layihənin təşəbbüskarıdır. 

Qeyd edək ki, müasir Azərbaycanda özəl sektorun inkişafına mühim töhfələr verən Abdolbari Gozal, 20 il öncə, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR