İnsanlara hürriyət, millətlərə istiqlal!

8 il oynadığı “Qız atası”ndan getdi

Aktrisa Nərgiz Məmmədova “Qız atası” serialından ayrılıb.

Musavat.com bildirir ki, bu barədə aktrisanın özü “İnstagram” sosial şəbəkəsindən bildirib. Nərgiz Məmmədova 8 il çalışdığı “Qız atası” serialından gedişini bu cür açıqlayıb:

“Nə az, nə çox, düz 8 il sizinlə çalışdım. Çəkişə-çəkişə bərkişib bir ailə olduq. Nə yaxşı ki, sizi tanıdım. Bu kollektivi bir araya gətirən isə Elməddin Cəfərov oldu. O, bizə müdir yox, sözün əsl mənasında dost oldu”.

Nərgiz Məmmədova serialda onun yerinə Səbinə obrazını canlandıracaq aktrisanın da adını açıqlayıb:
“Səbinə rolunu isə yeni sezondan sizə mənim dəyərli həmkarım Raksana İmir təqdim edəcək”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR