İnsanlara hürriyət, millətlərə istiqlal!

56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Tərtərdə kişini elektrik cərəyanı vuraraq öldürüb.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Qazyan kəndində baş verib.

Kənd sakini 56 yaşlı Axundov İsmayıl Oruc oğlu özünün pay torpağında iribuynuzlu heyvanlarını "elektron çoban" aparatı ilə hasara almaq istəyib. Bu zaman naqil ərazidən keçən yüksək gərginlikli naqillə təmas edib.

Nəticədə İ. Axundovu elektrik cərəyanı vurub. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR