Onlayn ictimai-siyasi qəzet
Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində qeydə alınan mənşəyi məlum olmayan qızdırma xəstəliyindən 50-dən çox adam ölüb.
Bu barədə fevralın 24-də yerli səhiyyə orqanlarının məlumatlarına istinadən məlumat yayılıb.
“Qeydiyyata alınan 943 hadisə, o cümlədən 52 ölüm halı qeydə alınıb ki, bu da ölüm nisbətinin 5,5 faizinə bərabərdir”.
Xəstəliyin ilk hallarının fevralın 9-da qeydə alındığı bildirilir. Xəstəlik hər yaşda olan insanlar üçün təhlükəlidir, əlamətlərə aşağıdakılar daxildir: qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrısı, oynaq ağrıları.
Eyni zamanda, ölkənin Səhiyyə Nazirliyi mümkün Ebola qızdırması epidemiyası ilə bağlı fərziyyəni rədd edib./Lent.az
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ