Onlayn ictimai-siyasi qəzet
Şamaxıdan Bakıya xeyir iş üçün gedən böyük bir ailə həlak olub.
Dəhşətli avtomobil qəzası Bakı-Şamaxı yolunun 58,5-ci km-də, Qobustan rayonunun Cəngi kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətinə hərəkət edən "KİA"nın bir neçə dəfə aşması 17 yaşlı Səmayə Talıbovanın, 23 yaşlı Əmrah Nuriyevin, Əmrahın bacısı Şəbnəm, yeznəsi Məhərrəm və onların azyaşlı övladları Məryəm Səmədovların ölümü ilə nəticələnib.
Əmrah Nuriyevin anası isə müxtəlif sınıq və xəsarətlərlə Bakıya, Travmatologiya İnstitutuna çatdırılıb.
Səmayənin anası Məhəbbət Talıbova "Astar"a deyib ki, qızı Səmayə Şabran şəhərində təhsilini başa vurub Şamaxıda kollecə daxil olmuşdu:
"O, sevdiyi Əmrah Nuriyevin ana babasının evində kirayədə qalırdı, oğlan onu babasıgildə görüb bəyənmişdi, tanış olmuşdu. Hər ikisi cavan yaşında həyatdan getdilər".
Qeyd edək ki, ağır faciədə acınacaqlı digər məqam da baş verib. Belə ki, qəzada həlak olan Əmrahla Məhərrəmin üzərindəki külli miqdarda pul oğurlanıb.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ