İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülərin "Qalatasaray"a verdiyi ŞOK CAVAB bilindi

Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirərkən Arda Gülərlə bağlı diqqətçəkən bir iddia irəli sürülüb.

Musavat.com xəbər verir ki, hazırda "Real Madrid"in formasını geyinən milli futbolçu Arda Gülər üçün "Qalatasaray"ın etdiyi transfer cəhdi ortaya çıxıb.

Tanınmış jurnalist Ali Naci Küçük "Futbol Arena" yutub kanalında bu barədə maraqlı açıqlamalar verib.

Jurnalistin sözlərinə görə, "Qalatasaray" Arda Güləri transfer etməyi planlaşdırıb. Klub Ardanın futbol həyatında böyük təsiri olan və onun çox dəyər verdiyi bir şəxslə əlaqə saxlayaraq bu məsələdə vasitəçilik edib. Görüş zamanı "Arda Gülər gələrmi? Çempionlar Liqasında oynamaq imkanı, "Qalatasaray"da daim əsas heyətdə yer alma zəmanəti" kimi şərtlər irəli sürülüb.

Lakin Arda Gülər bu təklifə "Mən Türkiyəyə qayıtmağı düşünmürəm" cavabını verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR