İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: "Rusiya ata, ana və qızlarını öldürdü..." - sərt açıqlama

Rusiya ordusunun Sumu vilayətinə endirdiyi növbəti hücum nəticəsində dinc sakinləri daşıyan mikroavtobus birbaşa “Lanset” tipli kamikadze dronla vurulub. Ukrayna Prezidenti Volodimir Zelenski baş vermiş faciəyə dair açıqlama yayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısı Telegram hesabında paylaşdığı bəyanatda ata, ana və azyaşlı qız övladının Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olduğunu bildirib.

“Rusiya bu dəfə ailəni hədəf aldı. Ata, ana və qızları… Mikroavtobusdakı ümumilikdə 9 nəfər ölüb. Onların hamısı dinc sakinlərdir. Bu, müharibə cinayətidir,” – deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 7 yaralı müalicə alır. Onlar arasında yanıq xəsarətləri, sınıqlar və kontuziya halları müşahidə olunur.

Hadisə yerindən yayılan dəhşətli fotolar baş verənlərin miqyasını və faciənin ağırlığını bir daha ortaya qoyur. Mikroavtobus tamamilə dağılıb, ətrafa parçalanmış cəsəd hissələri və şəxsi əşyalar səpələnib.

Zelenski əlavə edib ki, bu cür hücumlar Ukrayna xalqının əzmini sarsıda bilməz: “Biz bir xalqıq. Rusiya vəhşiliyi ilə bizi sındıra bilməz. Hər bir günahsız ölən dinc vətəndaşın haqqını alacağıq.”

Qeyd edək ki, bu, Sumu vilayətində son aylar ərzində mülki infrastruktura qarşı həyata keçirilmiş ən qanlı hücumlardan biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR