Onlayn ictimai-siyasi qəzet
Türkiyə Səhiyyə Nazirliyinin ölkə üzrə həyata keçirdiyi yeni sağlamlıq yoxlaması proqramı ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Musavat.com xəbər verir ki, səhiyyə naziri Kemal Memişoğlunun elan etdiyi bu proqram çərçivəsində 81 vilayətdə eyni vaxtda səhiyyə işçiləri istəkli vətəndaşların boy, çəki və bədən kütlə indeksi ölçmələrini aparırlar.
Bu tədbirin əsas məqsədi artıq çəkidən əziyyət çəkən şəxsləri müəyyənləşdirərək onları Sağlam Həyat Mərkəzlərinə və Ailə Sağlamlıq Mərkəzlərinə yönləndirmək, daha sonra isə diyetoloqlar vasitəsilə qidalanma məsləhətləri və izləmə xidmətləri təqdim etməkdir.
Lakin bu yeni təşəbbüs cəmiyyətin bəzi təbəqələrində narazılıqla qarşılanıb.
Tənqid edənlər arasında tanınmış müğənni Demet Akalın da var.
Sosial media hesabında paylaşım edən sənətçi tətbiqi bu sözlərlə tənqid edib:
“Son vaxtlar xeyli çəki almışdım. Çimərlikdə dəfələrlə dəsmalın arxasında gizlənməyə çalışırdım. Xahiş edirəm, bu mənasız tətbiqə son verin. Hamının içində “sən kökəlmisən” demək doğrudan da alçaldıcıdır”.
Akalın bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. Bəziləri onu dəstəkləsə də, digərləri proqramın ictimai sağlamlıq baxımından əhəmiyyətini vurğulayıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ