İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in bu görüntüləri REKORD QIRDI

KANAL D-də bazar ertəsi axşamları yayımlanan “Uzak şehir”in yaratdığı əks-səda həftə boyu davam edir.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, son bölümdə Cihanın Alyaya olan sevgisini etiraf edə bilmədiyi anlar sosial şəbəkələrdə paylaşım və şərh rekordları qırır.

Onların mümkünsüz eşqini Eylem Aktaşın ifasında səslənən “Söyleyemedim” adlı mahnı müşayiət edib və həmin səhnə sosial mediada ən çox izlənən videolardan birinə çevrilib.

Cevdet Bağcanın bəstəsi olan bu mahnının fonunda səsləndiyi səhnədə Cihanın “Deyə bilmədiyin iki kəlmə dünyanın ən ağır yükünə çevrilir” sözləri mümkünsüz sevgilərin şüarına çevrilib.

Cihanın “Bir gün yıxılsam, məni sən qaldır. Sən qaldır ki, bir daha yıxılmayım” cümləsi ilə Alyaya dolayı şəkildə eşqini bildirdiyi səhnə “Söyleyemedim” mahnısının müşayiəti ilə izləyicilərin qəlbinə toxunub.

Həmin səhnə fanlar tərəfindən bu sözlərlə paylaşılıb:

“Xəyallarda sevdim səni, deyə bilmədim,

Həmişə yanımda idin, amma toxuna bilmədim.

Sənə xəyallar, ümidlər bəslədim,

Sənə gözlərimdə yaşlar böyütdüm

Sənə içimdə alovlu sevgilər böyütdüm”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR