Onlayn ictimai-siyasi qəzet
Britaniya prokurorluğu London polisinin terrorla mübarizə bölməsi tərəfindən may ayının əvvəlində saxlanılan üç iranlını Milli təhlükəsizlik haqqında qanunu pozmaqda ittiham edib.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Scotland-Yardın bəyanatında deyilir.
Britaniya Prokurorluq Xidməti Londonda yaşayan üç iranlı: 39 yaşlı Mostafa Sepahvand, 44 yaşlı Farhad Cavadi Maneş və 55 yaşlı Şapur Kalehali Hani Nuri barəsində ittihamları təsdiqləyib.
"Bu şəxslər 2024-cü il avqustun 14-dən 2025-ci il fevralın 16-na qədər olan müddətdə xarici kəşfiyyat xidmətinin fəaliyyətinə kömək edə biləcək hərəkətləri həyata keçirməkdə və bununla da Milli təhlükəsizlik haqqında qanunun 3-cü maddəsini pozmaqda ittiham olunurlar", - bəyanatda bildirilib.
Mayın 17-də Londonun Vestminster magistrat məhkəməsi onlar barəsində qətimkan tədbiri ilə bağlı qərar qəbul edəcək.
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ