İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşənbədə Əfqanıstandan gələn təhlükələr müzakirə olunub

Əfqanıstan MDB ölkələri üçün təhlükə mənbəyi olmaqda davam edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Düşənbədə xüsusi xidmət orqanlarının iclasında Tacikistanın təhlükəsizlik xidmətinin rəhbəri Saymumin Yatimov deyib.

Bildirilir ki, MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Düşənbədə keçirilən görüşündə təhlükəsizlik məsələləri və regional risklər müzakirə olunub. Qeyri-sabitliyi qonşu ölkələrə də təsirsiz ötüşməyən Əfqanıstan yenidən gündəmin zirvəsində olub.

Tacikistan təhlükəsizlik xidmətinin rəhbəri general Saymumin Yatimov xatırladıb ki, Birliyin cənub sərhədləri həssas olaraq qalır. O, təhdidlərin transsərhəd xarakterini və MDB ölkələrinin təhlükəsizlik qüvvələri arasında daha sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, vəziyyət daimi məlumat mübadiləsini və təhlükəsizlik sahəsində yanaşmaların müasirləşdirilməsini tələb edir.

Qeyd edək ki, Əfqanıstanda yenidən hakimiyyətə gələn “Taliban” qruplaşması öz sərəncamındakı döyüşçülərin sayına və təcrübəsinə güvənərək artıq özünü regionun ən güclü ordusuna sahib dövlət zənn edir və bu amildən qonşu ölkələrə təzyiq üçün yararlanmaq istəyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR