İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onlara pul verməyin!" Məşhur aktrisa XƏBƏRDARLIQ ETDİ - FOTO

Türkiyə kinosunun tanınmış simalarından olan Hale Soyqazi sosial media dələduzlarının qurbanı olub.

Musavat.com xəbər verir ki, sənətçinin "Instagram" hesabı ələ keçirilib.

Bu hadisədən sonra Soyqazi "Haberler.com" saytına açıqlamalar verib.

O, baş verənləri belə izah edib:

"Hesabım dələduzların hədəfinə çevrildi. Mənə mesaj göndərdilər və əgər linkə daxil olmasam, hesabımın bağlanacağını yazdılar. Mesajı həqiqətən "Instagram" tərəfindən göndərilmiş bildiriş hesab etdim. Linkə kliklədiyim anda hesabım ələ keçirildi. Hesabımı geri almağa çalışırıq. Orada illərin zəhməti var. Yaxın günlərdə hüquqi mübarizəyə də başlayacağam".

Soyqazi əlavə edib ki, hesabı ələ keçirən şəxslər onun adından izləyicilərlə əlaqə saxlayaraq bank hesab nömrələri paylaşıb və onlardan pul tələb ediblər.

Hale Soyqazi izləyicilərinə xəbərdarlıq edib:

"Xahişim odur ki, belə oyunlara aldanmayın. Mənim adımdan edilən heç bir pul tələbini ciddiyə almayın".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR