İnsanlara hürriyət, millətlərə istiqlal!

4 yaşında yoxa çıxdı, 53 ildən sonra evə qayıtdı - FOTO

1969-cu ildə 4 yaşında ikən qaçırılan Syuzan Gervaise 53 ildən sonra evinə qayıdıb.

Musavat.com xəbər verir ki, qadının ailəsinə qovuşması hər kəsi duyğulandırıb.

Sözügedən inanılmaz hadisə İngiltərədə baş verib. Syuzan Gervaise adlı qadın hələ 4 yaşında olarkən bir ailə tərəfindən "Sizi  tətilə aparacağıq" deyərək qaçırılıb və həmin ailə tərəfindən övladlığa götürülüb. Yeni ailəsi ilə Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə yaşayan Susan vəziyyəti öyrəndikdə artıq çox gec idi.

Bu müddət ərzində ailə quran və hətta nəvələri olan Syuzan Gervaisenin əri ona kömə edərək keçmiş ailəsini tapmaq üçün "Facebook"da elan yerləşdirib.

Hazırda Avstraliyada yaşayan Syuzan düz 53 ildən sonra valideynlərinin İngiltərənin Qərbi Yorkşir əyalətindəki evinə gedib. Qohumları və ailəsi ilə qovuşan Syuzanın qayıdışı həm ailəsi, həm də hadisədən xəbər tutanlar üçün inanılmaz olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR