İnsanlara hürriyət, millətlərə istiqlal!

4-5 sot ərazidə 50 -100 nəfərin yaşaması acınacaqlıdır-deputat  

Milli Məclisdəki müzakirələrdə çıxış edən deputat Razi Nurullayev bildirib ki, İnsan alveri üzrə Milli Koordinatorun məlumatını yüksək qiymətləndirir.


Musavat.com xəbər verir ki, R.Nurullayev daha sonra bir neçə məsələni xüsusi vurğulayıb: “Birincisi, bəzən insan alveri qurbanları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər – ya qorxudan, ya da etimadsızlıqdan. Bu da cinayətkarların məsuliyyətdən yayılmasına şərait yaradır. Bu sahədə məlumatın hüquq-mühafizə orqanlarına çatdırılması üçün hansı innovativ üsullar üzərində işləyə və tətbiq edə bilərik. Bunun üzərində işləməyə dəyər. İkincisi, qurbanların müdafiəsi və reabilitasiyası üçün regionalarda sığınacaqların yaradılması ən vacib məsələlərdən biridir. Bu məsələnin elə bu ildən başlayaraq həll olunması, büdcə vəsaitinin ayrılması yaxşı olardı.

Üçüncüsü, vətəndaş cəmiyyəti təşkilatlarının idarə etdiyi sığınacaqların demək olar ki, əksəriyyətinin maddi-texniki bazası zəifdir. Təklif edirəm ki, dövlət və ya digər resurslar vasitəsilə onlara geniş həyəti olan yerlər ayrılsın. 4-5 sot ərazidə 50 nəfərin, 100 nəfərin yaşaması acınacaqlıdır. Bu sahədə də diqqətçəkəsi çox məqamlar var. Biz bir neçə il öncə DİN-in İAQMBİ tərəfindən idarə olunan İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqda olmuşduq və şərait yüksək səviyyədə idi. Geniş və abad həyət, gül-çiçək, yaşıllıq, bir sözlə sanki Bakıda cənnət güşəsi. Biz gərək çalışaq ki, ona bənzər şəraiti vətəndaş cəmiyyəti təşkilatların idarə etdiyi sığınacaqlar üçün də yaradaq. Təbii ki, bunun üçün böyük vəsait tələb olunur. İAQMBİ tərəfindən o təşkilatlara qrantlar ayrılır və bunu yüksək qiymətləndirirəm”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR